Şriftin ölçüsü :

Saytın rəngi :

Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyəti

28 fevral 2024 | 17:17

   28 fevral 2024-cü il tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sahil qəsəbəsində yerləşən Qaradağ Gənclər Evində “Qızları təhsildən yayındırmağın hüquqi və mənəvi məsuliyyəti” mövzusunda tədbir keçirildi. Tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin, Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun din xadimi, müəllimlər və şagirdlər iştirak edirdi.

   Çıxışlar zamanı mövzunun aktuallığından, qızları təhsildən yayındırmağa səbəb olan hallardan və bunun hüquqi və mənəvi məsuliyyətindən bəhs olunub. Qeyd olunub ki, Azərbaycanda ziyalı, savadlı qadınların özlərini inkişaf etdirmələri üçün hər bir şərait yaradılıb. Ölkəmizdə qadınlar dövlət və yerli özünüidarəetmə orqanlarında təmsil olunur, idarəetmə və qərarların qəbul olunması prosesində iştirak edirlər. Eyni zamanda, qızların cinsi ayrı-seçkilik edilmədən təhsil almaları üçün lazım olan bütün addımlar atılıb.

   Erkən nikah səbəbindən qızların təhsildən yayınması hallarından söhbət açılaraq, bu cür halların qarşısının alınması məqsədilə qızların təhsilə cəlb olunması istiqamətində işlərin aparıldığını və bu məsələdə maarifləndirici tədbirlərin önəmi diqqətə çatdırıldı.

   Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

Keçidlər