Qızıldaş qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində "Sözün, səsin rəngi Xocalı " adlı tədbir keçirildi.
"Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı"na əsasən Qızıldaş qəsəbəsi, Azər Namazov adına 180 nömrəli orta məktəbdə Qızıldaş qəsəbəsində yerləşən Mədəniyyət Mərkəzində şəhid ailələrinin, hökumət nümayəndələrinin, həmçinin məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə "Sözün, səsin rəngi Xocalı " adlı tədbir keçirildi.
Tədbiri məktəb direktoru Atakişi Cəfərov açdı və Qarabağ müharibəsində, Xocalı soyqırımında və qardaş Türkiyə Respublikasında təbii fəlakət nəticəsində şəhid olanlar bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra şagirdlərin iştirakı ilə kompozisiyalar nümayiş etdirildi, şeirlər səsləndirildi. Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Abbasov Əli, musiqi müəllimi Məmişov Gürşad və təsviri incəsənət müəllimi Babalı Leylanın birgə fəaliyyəti sayəsində ərsəyə gələn tədbirə görə məktəb rəhbərliyi müəllimlərə və şagirdlərə minnətdarlığını bildirdi.
Azərbaycan xalqı onun qan yaddaşında silinməz iz qoyan Xocalı soyqırımını hər il qeyd edir, həlak olan insanların əziz xatirəsini dərin ehtiramla yad edir.