Qəsəbələrdə qanunsuz tikinti işlərinin qarşısı alınmışdır
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində müntəzəm olaraq tikintilərə nəzarət məqsədilə monitorinqlərin aparılır.
Keçirilmiş monitorinqlər nəticəsində cari ilin mart ayında bayram günlərində rayonun Lökbatan, Qızıldaş, Müşviqabad, Qobustan və Ələt qəsəbələrində ayı-ayrı şəxslər tərəfindən aparılmış 19 ədəd qanunsuz tikinti işləri dayandırılmış və tikililər sökülmüşdür.
Qəsəbələrdə qanunsuz tikinti işləri ilə bağlı nəzarət prosesi Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq davam etdirilir.