Qəsəbələrdə qanunsuz tikinti işlərinin qarşısı alınması işləri davam edir
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində tikintilərə nəzarət məqsədilə müntəzəm olaraq monitorinqlər aparılır.
Keçirilmiş monitorinqlər nəticəsində cari ilin aprel ayının 20-21 Lökbatan qəsəbəsinin 1-ci massiv ərazisində ayrı-ayrı şəxslər tərəfindən qanunsuz zəbt olunmuş torpaq sahələrində aparılmış tikinti işləri müəyyən edilmiş, bu qanunsuz tikintilər dayandırılmış və söküntü tədbirləri həyata keçirilmişdir.
Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə qanunsuz tikinti və torpaq zəbtinə qarşı nəzarət tədbirləri mütəmadi olaraq davam etdirilir.