Qazi Əhmədov Saməddin Həmid oğlu doğum günü münasibəti ilə evində ziyarət edildi
26.09.2023-cü il tarixində qazi Əhmədov Saməddin Həmid oğlu doğum günü münasibəti ilə evində ziyarət edildi.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, rayon icra hakimiyyətinin məsul işçiləri qazi Əhmədov Saməddin Həmid oğlunu doğum günü münasibəti ilə evində ziyarət etdilər.
Qazi Əhmədov Saməddin Həmid oğlu 26.09.1998-ci ildə Qaradağ rayonu, Sanqaçal qəsəbəsində anadan olub. Həmin qəsəbədə yerləşən Fəzail Qədimov adına 222 nömrəli tam orta məktəbində təhsil alıb.
Saməddin 44 günlük müharibədə iştirak edərək 04.11.2020-ci il tarixində mina partlaması nəticəsində hər iki gözündən və ayaqlarından yara alıb, I qrup müharibə əlilidir. Saməddin Əhmədov Şuşa uğrunda döyüşlərdə iki ayağını, gözlərini itirsə də, qəlbinin atəşi, nuru, həyat eşqi, çağlayan gənclik ruhu sözun əsl mənasında milyonlar üçün həyat örnəyidir.
Azərbaycanın müxtəlif rayonlarından ad gününə döyüş dostları da gəlmişdilər. Onlar döyüşdə göstərdikləri şücaətdən, şəhidlərimizin qəhrəmanlıqlarından bəhs etdilər.