Şriftin ölçüsü :

Saytın rəngi :

“Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyin təşkilatçılığı ilə görüş keçirildi

08 avqust 2022 | 14:25

Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində 06 avqust 2022-ci il tarixində “Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyin təşkilatçılığı ilə “Gəlin onları qoruyaq” devizi altında maarifləndirmə və motivasiya xarakterli görüş keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının müavini Təranə İsmayılova, millət vəkili Razı Nurullayev, ictimai birliyin sədri Yasəmən Qəyyumlu, tanınmış psixoloqlar Aytən Ələkbərova, Əli Nağıyev, Nuranə Cəfərova, Nuriyyə Vidadiqızı, Nigar Məmmədova, Qaradağ rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Leyla Nəcəfova, şəhid ailələri, qazilər, əlilliyi olan şəxslər iştirak etdilər.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu” barədə danışdı. Qeyd etdi ki, bu qanun Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarına və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir.

Digər çıxışçılar vurğuladılar ki,  dövlət əlilliyi olan şəxlərə maksimum müstəqilliyə, fiziki, əqli vəzifə sosial peşəkar qabiliyyətlərə nail olmaq və bunları qoruyub saxlamaq imkanı verir. Əlillərin təhsil, səhiyyə, iş yerləri ilə təminatı daim dövlətin nəzarətindədir. İnfrastruktur layihələrin tikilməsi zamanı əlilliyi olan şəxslər nəzərə alınır. Əlilliyi olan şəxslərin təhsil və peşə hazırlığına xüsusi diqqət yetirilir. Məşğulluğun təmin edilməsi də diqqət mərkəzində saxlanılır.

Tədbirdə iştirak edən əlillər müxtəlif mövzularda tədbir təşkilatçılarına və psixoloqlara suallarla müraciət etdilər.

Sonda çıxış edən qazilər tədbir təşkilatçılarına təşəkkürlərini bildirdilər.

Keçidlər