Qaradağın Sahil Qəsəbəsində 18 oktyabr Müstəqilliyin Bərpası günü ilə əlaqədar konfrans keçirildi
18 oktyabr 2022-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsindəki 16 saylı Bakı Peşə Liseyində Müstəqilliyin Bərpası günü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyəti və YAP Qaradağ rayon təşkilatının təşəbbüsü şəhidlərin ailə üzvləri, qazilərin, gənclər, ictimaiyyət nümayəndələrinin iştirakı ilə konfrans keçirildi.
Azərbaycanın Dövlət himni səsləndirildikdən və Qarabağ müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş nitqi ilə açan 16 saylı Peşə Liseyinin direktoru Şakir Hüseynov tədbir içtirakçılarını salamladı və keçrilən tədbirin mahiyyəti haqqında iştirakçılara qısa məlumat verdi. Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova cıxış edərək 18 oktyabr 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini yenidən bərpa etməsinin və 44 günlük İkinci Qarabağ müharibəsinin əhəmiyyətindən danışdı və bu qələbənin əldə edilməsində Qaradağ rayonundan olan şəhidlərin və qazilərin böyük qəhrəmanlıq göstərdiyini qeyd etdi. Daha sonra çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev İlham Əliyevin birinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin tarixi əhəmiyyəti və bu seçimin Azərbaycan xalqına gətirdiyi uğurlar haqqında məlumat verdi.18 oktyabr həmçinin Sahil qəsəbəsindən şəhid olmuş Şaiq Kəlbiyevin atası Namiq Kəlbiyev və Qarabağ qazisi, leytenant Bəxtiyar Niftullayev çıxış edərək Azərbaycan Ordusunun şücaəti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərkərdəlik məharəti və torpaqlarımızın qısa müddət ərzində minimum itkilərlə düşmən işğalından azad edilməsi barədə danışdılar. Onlar xüsusi olaraq vurğuladı ki, 44 günlük tarixi zəfər xalqımıza böyük sevinc və qürur hissi yaşatdı, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu, bütün dünya qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti və şəhidlərimizin qanı-canı bahasına Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.
Tədbirin bədii hissəsində 16 sayl Bakı Peşə Liseyi şagirdləri, 5 nömrəli Uşaq İncəsənət Məktəbi və 28 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin ifasında şeirlər, musiqi nömrələri və ədəbi kompozisiya təqdim olundu.