Qaradağda Ulu Öndər Heydər Əliyevin ruhuna dualar oxundu və ehsan süfrəsi açıldı
12 dekabr 2025-ci il tarixində Qaradağ rayonunda Azərbaycanın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir daha böyük ehtiramla anıldı.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov, Millət vəkilləri Aydın Hüseynov, Səbinə Xasayeva, Zaur Şükürov, Anar İsgəndərov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, şəhid ailələri, qazilər, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, din xadimləri, rayon ictimaiyyəti iştirak etdilər.
Mərasim çərçivəsində, xalqımızın Ümummilli Liderinə olan hörmətinin və sevgisinin daha bir nümunəsi olaraq, Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Qaradağ Mərasim Zalında Ulu Öndər Heydər Əliyevin ruhuna dualar oxundu və ehsan süfrəsi açıldı. Bu, xalqımızın mənəvi bağlılığını, Ulu Öndərin həyatına və irsinə olan sonsuz ehtiramını nümayiş etdirən bir mərasim oldu.
Xalqımız Heydər Əliyevin rəhbərliyi altında əldə etdiyi müstəqilliyi və inkişafı heç vaxt unutmur və onun mirasını daima yaşadır. Bu gün də hər birimizin qəlbində Ulu Öndərin xatirəsi və ideyaları yaşayır, onun işıqlı yolu ilə irəliləyirik.
Dərin hörmət və ehtiramla anırıq!






