Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağda Ulu Öndər Heydər Əliyevin ruhuna dualar oxundu və ehsan süfrələri açıldı

12 dekabr 2024 | 16:04

   2024-cü il, 12 dekabr tarixində Qaradağ rayonunda Azərbaycanın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir daha böyük ehtiramla anıldı. Tədbirə Qaradağ rayonunun idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri qatıldılar. Onlar əvvəlcə Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərə olan dərin ehtiramlarını bildirdilər.

   Mərasim çərçivəsində, xalqımızın Ümummilli Liderinə olan hörmətinin və sevgisinin daha bir nümunəsi olaraq, Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Qaradağ Mərasim Zalında və qəsəbələrdə Ulu Öndər Heydər Əliyevin ruhuna dualar oxundu və ehsan süfrələri açıldı. Bu, xalqımızın mənəvi bağlılığını, Ulu Öndərin həyatına və irsinə olan sonsuz ehtiramını nümayiş etdirən bir mərasim oldu.

   Xalqımız, Heydər Əliyevin rəhbərliyi altında əldə etdiyi müstəqilliyi və inkişafı heç vaxt unutmur və onun mirasını daima yaşadır. Bu gün də, hər birimizin qəlbində Ulu Öndərin xatirəsi və ideyaları yaşayır, onun işıqlı yolu ilə irəliləyirik.

   Allah rəhmət eləsin!

Keçidlər