Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağda səyyar qəbul: İcra Başçısı Ümid qəsəbəsinin sakinləri ilə bir arada

15 noyabr 2024 | 17:26

   Bugün, 15 noyabr 2024-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun növbəti səyyar qəbulu Ümid qəsəbəsində baş tutmuşdur. Qəbulda rayon sakinləri, hüquq mühafizə orqanlarının nümayəndələri, idarə və müəssisə rəhbərləri ilə yanaşı, müxtəlif sahələrdən olan mütəxəssislər iştirak etmişdir. Bu dəfəki görüşdə 60-dan çox sakin müxtəlif məsələlərlə çıxış edərək, problemlərinin həlli üçün rəhbərlikdən kömək istəmişdir.

   Süleyman Mikayılov sakinləri fərdi şəkildə dinləyərək, qaldırılan məsələlərlə bağlı aidiyyəti təşkilatlara müvafiq tapşırıqlarını vermiş və bir çox müraciətlər yerindəcə həll edilmişdir. Başçı sakinlərin qaldırdığı məsələləri diqqətlə dinləyib, yerində tədbirlər görərək, problemlərin ən qısa zamanda aradan qaldırılmasına çalışmışdır.

   Qəsəbə sakinləri, hər zaman olduğu kimi, əhalinin sosial rifahının yaxşılaşdırılması və problemlərin sürətli həlli istiqamətində həyata keçirilən tədbirlərdən məmnun olduqlarını bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini ifadə ediblər.

  Süleyman Mikayılov çıxışında, yaxın zamanlarda Bakı şəhərində keçirilən COP29 konfransı ilə əlaqədar ölkəmizə gələn xarici qonaqların Qaradağ rayonunu da ziyarət etdiyini qeyd edərək, rayon ərazisində aparılan geniş abadlıq və quruculuq işlərindən danışmışdır. O, əhalinin ekoloji və sanitar normalara riayət etməsinin vacibliyini vurğulamış və bu istiqamətdə maarifləndirmə işlərinin davam etdirilməsini tövsiyə etmişdir.

   Başçı, həmçinin Qərbi Azərbaycan İcmasının işinə toxunaraq, bu günlərdə fəaliyyətə başlamış Qərbi Azərbaycan Televiziyasının çox mühüm bir missiya daşıdığını bildirmiş və əhalidən bu televiziya ilə əlaqəli sosial şəbəkə fəaliyyətlərinə dəstək olmağı xahiş etmişdir.

    Görüşdə, Qaradağ rayonunun digər qəsəbələrində də belə səyyar qəbul və görüşlərin davam edəcəyi bildirilmişdir. Sakinlərə yerindəcə göstərilən diqqət və qayğı bir daha təsdiqləmişdir ki, rayon rəhbərliyi əhalisinin rifahı və problemlərinin həlli istiqamətində davamlı olaraq fəal iş aparır.

Keçidlər