Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağda Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününə həsr olunan tədbir keçirilmişdir

06 dekabr 2024 | 17:03

    06 dekabr 2024-cü il tarixində Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününə həsr olunan tədbir keçirilmişdir.
   Tədbirdə rayon İcra hakimiyyəti başçısının müavini Nadir Muradov, aparatın şöbə müdirləri, Qaradağ Rayon Rabitə və informasiya texnologiyaları sahəsinin bir qrup işçiləri iştirak etmişdir.
   Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısının müavini Nadir Muradov peşə bayramı münasibətilə bütün Rabitə və informasiya texnologiyaları sahəsi işçilərini təbrik etmişdir. Bildirilmişdir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri öz peşə bayramlarını qeyd edirlər. Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci il dekabrın 6-da Bakıda “Nobel qardaşları” cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilmişdir. Azərbaycanda rabitə sahəsi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf etməyə başlayıb. Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü 70-80-cı illərə təsadüf edir. Həmin illərdə respublikaya rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyevin bu sahənin inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində geniş şəkildə öz əksini tapır.
   Həmçinin, 90-cı illərdə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sektoru da inkişaf etməyə başladı,  ölkədə bu yeni sektorun inkişafı prosesi sürətlənirdi, Azərbaycanın internet seqmenti genişlənirdi.
   Son illər ərzində beynəlxalq ekspertlər Azərbaycanda informasiya texnologiyalarının sürətlə inkişafı qeyd edirlər. İKT sahəsi üzrə gəlirlərin artım tempi son illər ərzində dünya üzrə artım tempini bir neçə dəfə üstələyib.  Təkcə 2012-ci il ərzində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının və Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması haqqında sənədlər imzalanıb. Bütün bunlar hökumət tərəfindən İKT sektoruna böyük diqqətin yetirilməsini bir daha sübut edir.
   Yığıncaqda Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin fəaliyyətlərinə böyük diqqət və qayğıya görə iştirakçılar adından dövlət başçısına dərin minnətdarlıq ifadə olunmuşdur.
   Tədbirin sonunda Rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə, 06 dekabr  - Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə günü münasibəti ilə 3 nəfər əməkdaşı Qaradağ Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə birgə ümumilikdə 3 nəfər əməkdaşı qiymətli hədiyyələr ilə təltif edilmişdir.

Keçidlər