Qaradağda qürur dolu silsilə tədbirlərdən sonra “Zəfər Günü"nün beşinci ildönümünə həsr olunmuş bayram konserti və atəşfəşanlıq keçirildi
Qaradağ rayonunda 8 noyabr “Zəfər Günü”nə həsr olunmuş bayram tədbiri keçirildi.
8 noyabr 2025-ci il tarixində xalqımızın tarixində çox əlamətdar olan “Zəfər Günü” münasibəti ilə Qaradağ rayonunda xüsusi bayram konserti təşkil olundu. Konsertdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak etdilər.
Tanınmış incəsənət xadimlərinin iştirakı ilə keçirilən konsert iştirakçılara unudulmaz anlar yaşatdı, həmçinin qürur və sevinc dolu bir atmosfer yaratdı. Bayramın yekunu olaraq, atəşfəşanlıq nümayiş etdirildi.






