Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayonunun Təhsil Müəssisələrində “Son Zəng” Günü Qeyd Olundu

14 iyun 2025 | 13:31

  14 iyun 2025-ci il tarixində Qaradağ rayonunda ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri qeyd olundu. Tədbirlər rayon rəhbərliyi və qəsəbə nümayəndəliklərinin təşkilatçılığı ilə yüksək səviyyədə həyata keçirildi.

  Ənənəvi olaraq təşkil olunan bu əlamətdar gün məktəbi bitirən məzunlar üçün xüsusi əhəmiyyət daşıyır. Tədbirlərdə Qaradağ Rayon İcra Hakimiyyətinin, yerli bələdiyyələrin və qəsəbə nümayəndəliklərinin təmsilçiləri iştirak edirdi.

  Məktəb rəhbərləri, müəllimlər və valideynlərin də qatıldığı tədbirlərdə məzunlar üçün bədii-musiqili proqramlar təqdim olundu, xatirə şəkilləri çəkildi və məktəblə vidalaşan gənclərə simvolik “son zəng” çalındı.

  Qaradağ rayonunda təşkil olunan “Son zəng” tədbirləri həm məzunlar, həm də iştirakçılar üçün unudulmaz anlarla yadda qaldı. Tədbir gənc nəslin təhsilə, dövlətə və cəmiyyətə bağlılığının təzahürü kimi xüsusi əhəmiyyət kəsb etdi.

Keçidlər