Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunun Korgöz qəsəbəsində  Vətən Müharibəsi şəhidi Məmmədquliyev Ağabəy Zaur oğlunun anım mərasimi keçirilib.

28 sentyabr 2026 | 15:51

   28 sentyabr 2026-cı il tarixdə Qaradağ rayonunun Korgöz qəsəbəsində  Vətən Müharibəsi şəhidi Məmmədquliyev Ağabəy Zaur oğlunun anım mərasimi keçirilib.
   Şəhidin ildönümü ilə əlaqədar anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, şəhid ailələri və qazilər, şəhidin ailə üzvləri, qəsəbə sakinləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları ailəsi ilə birlikdə şəhidin məzarını ziyarət edərək,  üzərinə gül dəsətələri qoymuş və ruhuna dualar oxumuşlar.
   Mərasimdə şəhidin keçdiyi şərəfli döyüş yolundan, Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan söz açılıb. Bildirilib ki, Ağabəy Məmmədquliyev kimi Vətən övladlarının canı və qanı bahasına qazanılan Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaq.
   Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Vətən uğrunda canından keçən övladlarının tarixi Qələbənin əldə olunmasında göstərdiyi qəhrəmanlıq və fədakarlıqla qürur duyduqlarını bildiriblər.
   Vətən müharibəsində canını fəda edən şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Onların qanı bahasına azad edilən müqəddəs torpaqları göz bəbəyi kimi qoruyacağıq.
   Şəhidlərimizin qarşısında baş əyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik. Onlara Allahdan rəhmət, ailələrinə səbr və dözüm arzulayırıq.

Keçidlər