Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ Rayonunun Korgöz, Puta və Qızıldaş qəsəbə sakinləri üçün iftar süfrəsi açılıb

12 mart 2025 | 12:02

Qaradağ rayonunun Korgöz, Puta və Qızıldaş qəsəbə sakinləri üçün iftar süfrəsi Açılıb

Müqəddəs Ramazan ayı münasibətilə Qaradağ rayonunun Korgöz, Puta və Qızıldaş Qəsəbə sakinləri üçün iftar süfrələri təşkil olunub. Xeyirxah ənənələrə uyğun olaraq keçirilən tədbirdə rayon ictimaiyyəti, dindarlar, ağsaqqallar, gənclər və aztəminatlı ailələr iştirak ediblər.

Mərasimdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin məsul şəxsləri iftar süfrəsində iştirak edənləri salamlayaraq qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edərək, Azərbaycanda açılan iftar süfrələrinin tolerantlıq nümunəsi olduğunu, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərildiyini bildiriblər. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri də məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasıdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların yaxınlarına bir daha başsağlığı verib, səbr diləyiblər. Bir daha vurğulanıb ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib.

İftar süfrəsində çıxış edən natiqlər Ramazan ayının mənəvi dəyərləri, insanları birliyə, yardımlaşmaya və mərhəmətə çağıran mahiyyəti haqqında danışıblar. Vurğulanıb ki, bu ay təkcə oruc tutmaqla deyil, eyni zamanda, xeyirxah əməllərlə, ehtiyacı olan insanlara dəstək olmaqla daha da dəyər qazanır.

Tədbir iştirakçıları birlikdə iftar açaraq, dualar edib, ölkəmizə əmin-amanlıq, xalqımıza rifah və bərəkət diləyiblər. Belə xeyirxah tədbirlərin gələcəkdə də davam etdiriləcəyi qeyd olunub.

Keçidlər