Qaradağ rayonunda Zəfər Gününə hazırlıq işləri davam etdirilir
02 noyabr 2026 | 19:28
02 noyabr 2026-cı il tarixində 8 Noyabr – Zəfər Gününə hazırlıq çərçivəsində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev bayram tədbirlərinin keçirilməsi nəzərdə tutulan bir sıra məkanlara baxış keçirib.
RİH başçısı Natiq Əliyev həmçinin Lökbatan qəsəbəsində yerləşən, tarixi və mədəni əhəmiyyətə malik Əli Əmirov adına Mədəniyyət Sarayında olub. Sarayın ümumi vəziyyəti, tamaşa zalı, səhnə və digər fəaliyyət sahələri ilə yaxından tanış olub, mövcud problemlər və həlli vacib məsələlərlə maraqlanıb.
Baxış zamanı həm Zəfər Günü tədbirlərinə hazırlıq, həm də mədəniyyət ocağının fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı məsələlər diqqət mərkəzində saxlanılıb.






