Qaradağ rayonunda Zəfər Bayramı ərəfəsində ağacəkmə kompaniyası keçirilmişdir
29 oktyabr 2022-ci il tarixində Qaradağ rayonunda 8 noyabr – Zəfər günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qaradağ rayonu, Bakı-Ələt (Qazax) avtomobil magistral yolunun 29 km-nin sağ hissəsi, Bakı-Ələt (Qazax) avtomobil magistral yolunun 34-cü km-nin sol hissəsində ağacəkmə aksiyası keçirilmişdir.
Keçirilmiş ağacəkmə aksiyasında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Millət vəkili Aydın Hüseynov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, Hüquq Mühafizə orqanları, rayon əhalisi iştirak etmişdir.
İctimaiyyət nümayəndələri ümumilikdə 800 ədəddən çox müxtəlif növ ağac əkmişlər.