Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda yerləşən 14 nömrəli Bakı Peşə Məktəbinin əməkdaşları tərəfindən 9 nömrəli xüsusi internat məktəbində peşə yönümlü maarifləndirmə tədbiri keçirilmişdir

04 may 2022 | 11:51

   04 may 2022-ci il tarixində Qaradağ rayonunda yerləşən 14 nömrəli Bakı Peşə Məktəbinin əməkdaşları tərəfindən 9 nömrəli xüsusi internat məktəbində peşə yönümlü maarifləndirmə tədbiri keçirilmişdir.

   Tədbirdə 16 nömrəli Bakı Peşə Liseyi və 14 nömrəli Bakı Peşə Məktəbində tədris olunan peşə ixtisasları haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, təhsil müəssisələrində aşağıdakı tədris ixtisasları mövcuddur.

  1. Aşpaz
  2. Elektrik qaz qaynaqçısı
  3. Gəmi maşın və mexanizmlərin təmiri üzrə çilingər
  4. Kran maşinisti (krançı)
  5. Dərzi
  6. Kompüter operatoru
  7. Təmirçi- çilingər
  8. Tankerlərdə yükləmə-boşaltma əməliyyatçısı
  9. Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru
  10. Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi

   Mövcud ixtisaslar barədə müzakirələr aparıldıqdan sonra şagirdlərə peşə təhsili müəssisəsinə qəbul qaydaları izah olunmuşdur.  

   Şagirlərə 16 nömrəli Bakı Peşə Liseyi və 14 nömrəli Bakı Peşə Məktəbində “Açıq qapı” günlərinin keçirildiyi barədə məlumat verilmişdir. Qeyd olunmuşdur ki, “Açıq qapı” günlərinin məqsədi peşə təhsil müəssisələri haqqında məlumatlılıq səviyyəsini artırmağa xidmət edir.

 

Keçidlər