Qaradağ rayonunda YAP-ın yaranmasının 31-ci ildönümü münasibətilə dəyirmi masa keçirildi
21 noyabr 2023 | 17:23
21 noyabr 2023-cü il tarixdə Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində "Heydər Əliyev İli" çərçivəsində YAP-ın yaranmasının 31-ci ildönümü münasibətilə Heydər Əliyevin ordu quruculuğu sahəsində xidmətlərinə dair " Vətəni müdafiə üçün müraciət və torpaqlarımızın işğaldan azad olunmasının təməli" mövzusunda dəyirmi masa keçirildi.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, məşhur 91-lərdən Munis Bayramov, AMEA-nın Tarix İnstitutunun dosenti Alı Balayev, Müdafiə Nazilriyinin hərbi-hava qüvvələrinin zabiti, polkovnik-leytenant Əhməd Rəsulov, Bakı Gənclər və İdman Baş İdarəsinin Qaradağ rayon sektorunun müdiri Elçin Abbasov, N saylı hərbi hissənin əsgər və zabit heyəti, Heydər Əliyev Mərkəzinin əməkdaşları, YAP fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndərin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini yad etdilər.
Sonra iştrakçılar Heydər Əliyev Mərkəzinin foyeisndə Ulu öndərin anadan olmasını 100-cü ildönümü ilə əlaqədar təşkil edilmiş fotosərgi ilə tanış oldular.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva iştirakçıları salamlayaraq YAP-ın yaranmasının 31-ci ildönümü münasibətilə onları təbrik etdi. Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində yaranmış mürəkkəb ictimai-siyasi vəziyyəti xatırladan mərkəzin direktoru Azərbaycanda yaranmış xaosun aradan qaldırılmasında, qonşu Ermənistanın işğalçı siyasətinin və vətəndaş müharibəsinin qarşısının alınmasında Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyasının xüsusi rolunu qeyd etdi. O bildirdi ki, YAP-ın dəstəyi və xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev qısa zamanda ölkəmizin hərbi doktirinasını hazırlayaraq müasir ordu quruculuğuna başlamış və cəbhədə əldə edilən uğurlar Ermənistanı atəşkəs razılaşmasına imza atmağa məcbur etmişdi.
Sonra Heydər Əliyevin ordu quruculuğuna və əsgərlərimizə göstərdiyi xüsusi diqqət və qayğıdan, cəbhə bölgələrinə səfərlərindən bəhs edən videoçarx nüamyiş etdirildi.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev 21 noyabr - Yeni Azərbaycan Partiyasının yaranmasının 31-ci ildönümü münasibətilə dəyirmi masa iştirakçılarını təbrik etdi. Qafar Əliyev qeyd etdi ki, hər bir dövlətin formalaşmasında iki istiqamət: siyasi partiyanın yaradılması və ordu quruculuğu xüsusi rola malikdir. YAP rayon təşkilatının sədri vurğuladı ki, həm 1991-1992-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasının hakimiyyətdə olan iqtidarı, həm də 1992-ci ilin mayında hakimiyyətə gələn AXC-Müsavat cütlüyü müasir tələbələrə cavab verən ordu quruculuğunu həyata keçirə bilmədiklərinə görə Azərbaycan əraziləri Ermənistan ordusu tərəfindən işğal edilmişdi, yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu işğal dayandırıldı, güclü ordu yaradıldı və 2020-ci ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, YAP Sədri İlham Əliyevin rəhbərliyi altında başlanan İkinci Qarabağ-Vətən müharibəsi ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərpa olundu, 30 ilə yaxın bir dövrdə işğal altında olan torpaqlarımız tam şəkildə azad edildi, Xankəndinə üçrəngli bayrağımız sancıldı.
YAP rayon təşkilatı sədrinin təklifi ilə Yeni Azərbaycan Partiyasının yeni bəstələnmiş himni Qaradağ rayonunda keçirilən tədbirdə ilk dəfə səsləndirildi.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin şöbə müdiri, məşhur 91-lərdən Munis Bayramov YAP-ın yaranması ilə əlaqədar xatirələrini bölüşdü, ovaxtkı hadisələrdən geniş bəhs etdi və Qafar Əliyevin müəllifi olduğu "Müasir Azərbaycan dövlətinin banisi, xilaskarı və qurucusu" kitabında YAP-ın tarixi ilə əlaqədar məqamların obyektiv şəkildə əks etdirildiyini qeyd etdi.
AMEA-nın Tarix İnstitutunun dosenti Alı Balayev və Müdafiə Nazilriyinin hərbi-hava qüvvələrinin zabiti, polkovnik-leytenant Əhməd Rəsulov iqtidar partiyası olan YAP-ın Azərbaycanın son illər qazandığı uğurlarda mühüm rolundan, müasir ordu quruculuğu sahəsində qazanılan nailiyyətlərdən, qəhərəman Azərbaycan ordusunun bütün dünyanı heyran qoyan rəşadətindən danışdılar.
Sonra YAP sıralarına yeni qoşulan gənclərə partiyanın üzvülük vəsiqələri təqdim edildi.
Sonda xatirə fotosu çəkdirildi.