Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri qeyd olundu.

13 iyun 2026 | 14:40

   Qaradağ rayonunda ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri qeyd olundu.
   Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Emil Abbasov Lökbatan qəsəbəsində yerləşən 233 nömrəli tam orta məktəbdə keçirilən "Son zəng" tədbirində iştirak etmişdir.
   Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
   Tədbirdə çıxış edən Emil Abbasov məzunları həyatlarının əlamətdar günü münasibətilə səmimi qəlbdən təbrik edərək onlara gələcək təhsil və peşə həyatlarında uğurlar arzulamışdır. Bildirmişdir ki, ölkəmizdə təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və gənclərin bilikli, vətənpərvər, yüksək mənəvi dəyərlərə malik şəxsiyyət kimi formalaşmasına xüsusi diqqət yetirilir.
   Emil Abbasov çıxışında müəllimlərin fədakar əməyini yüksək qiymətləndirərək onların cəmiyyətin inkişafında mühüm rol oynadıqlarını vurğulamış, valideynlərə övladlarının təlim-tərbiyəsində göstərdikləri diqqət və qayğıya görə təşəkkürünü bildirmişdir.
   Tədbir çərçivəsində məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiyalar, musiqi və rəqs nömrələri nümayiş etdirilmiş, məzunların məktəb illərini əks etdirən təqdimatlar böyük maraqla qarşılanmışdır.
   Sonda məzunlara gələcək həyat yollarında uğurlar arzulanmış, xatirə şəkilləri çəkdirilmişdir.

Keçidlər