Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda ümumrayon iməcliyi keçirilib

17 may 2025 | 12:33

Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya İli" elan olunması münasibətilə ölkənin müxtəlif bölgələrində ictimai həmrəyliyin və vətəndaş məsuliyyətinin gücləndirilməsi məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çərçivədə Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində ümumrayon iməcliyi təşkil olunub.

İməclikdə rayonda fəaliyyət göstərən idarə və müəssisələr, o cümlədən Ə.Əmirov adına Neft Qazçıxarma İdarəsi (NQÇİ)Bakı Gəmiqayırma ZavoduSədərək Ticarət MərkəziAbşeron Ticarət Mərkəzi fəal iştirak ediblər. Onlar öz ərazilərində və ətraf sahələrdə təmizlik, abadlıq və yaşıllaşdırma işləri həyata keçirərək Qaradağ rayonunun ümumi abad görünüşünün yaxşılaşdırılmasına mühüm töhfələr veriblər.

İdarə və müəssisələrlə yanaşı, Qaradağ rayonunun qəsəbələrində də iməcliklər təşkil olunub. QızıldaşSanqaçalLökbatanSahilÜmid və digər qəsəbələrdə keçirilən iməcliklər zamanı küçə və məhəllələrdə təmizlik, səkilərin səliqəyə salınması, yaşıllıq sahələrinin bərpası və yeni ağacların əkilməsi işləri görülüb.

Xüsusilə Sanqaçal qəsəbəsində aparılan iməclik işləri ərazidə yerləşən tarixi-mədəni turizm abidələrinin mühafizəsi və abadlaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edib. Turistlərin diqqətini cəlb edən qədim məscid, karvansara qalıqları və digər abidələrin ətrafında təmizlik işləri aparılıb, yaşıllıq zolaqları yenilənib.

Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən bu iməcliklər rayon ərazisinin ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə yanaşı, vətəndaşlar arasında ictimai həmrəyliyin və ekoloji mədəniyyətin inkişafına xidmət edir. Tədbirin "Konstitusiya İli" çərçivəsində keçirilməsi isə dövlətçilik dəyərlərinin təbliği və vətəndaş məsuliyyətinin təşviqi baxımından xüsusi önəm daşıyır.

 

Qaradağ rayonunda bu cür təşəbbüslərin davamlı xarakter alması nəzərdə tutulur.

Keçidlər