Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü təntənəli şəkildə qeyd olunub

08 may 2026 | 22:00

   Mayın 8-də Qaradağ Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ulu Öndərin siyasi kursu – Müasir Azərbaycanın uğur modeli” mövzusunda tədbir keçirilib.
   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov, Milli Məclisin deputatları Aydın Hüseynov və Zaur Şükürov, Azərbaycan Auditorlar Palatasının sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Vahid Novruzov, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, hüquq-mühafizə orqanlarının nümayəndələri, ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
   Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Parkında keçirilən tədbirin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər və dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
   Sonra Ulu Öndərin zəngin həyat və siyasi fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən fotosərgi ilə tanış olublar.
   Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
   Ardınca Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu və zəngin dövlətçilik irsindən bəhs edən videoçarx nümayiş olunub.
   Panel iclas formatında təşkil olunan tədbirin rəsmi hissəsini açan Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədr müavini Faiq Qurbanov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindən, xilaskarlıq missiyasından və zəngin siyasi irsindən danışıb. O bildirib ki, Heydər Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanın inkişafını, xalqın rifahını daim ön planda saxlayıb və ömrünü Vətənə xidmətə həsr edib.
   Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin xalq və dövlət qarşısındakı xidmətləri əvəzsizdir. O vurğulayıb ki, hüquqi dövlət quruculuğu, demokratik cəmiyyətin formalaşdırılması, milli-mənəvi dəyərlərin qorunması istiqamətində həyata keçirilən siyasət müstəqil Azərbaycanın möhkəmlənməsinə xidmət edib.
   Milli Məclisin deputatı Aydın Hüseynov çıxışında bildirib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev ölkəmizin güclü və qüdrətli dövlətə çevrilməsi istiqamətində mühüm addımlar atıb. Onun həyata keçirdiyi məqsədyönlü siyasət Azərbaycanın iqtisadi inkişafına və etibarlı gələcəyinin formalaşmasına zəmin yaradıb.
   Deputat qeyd edib ki, hələ Sovet İttifaqı dövründə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi xalqımızın milli şüurunun inkişafına, mənəvi yüksəlişinə ciddi təsir göstərib. Ümummilli Liderin fəaliyyəti yalnız bu günümüzə deyil, Azərbaycanın gələcək inkişafına hesablanmış strateji siyasət olub.
   Azərbaycan Auditorlar Palatasının sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Vahid Novruzov çıxışında bildirib ki, Heydər Əliyev dünya miqyasında böyük nüfuza malik görkəmli ictimai-siyasi xadim kimi tarixdə silinməz iz qoyub. Bu gün Azərbaycanın qazandığı uğurlar, dövlətçiliyimizin inkişafı və ərazi bütövlüyümüzün bərpası məhz Ulu Öndərin müəyyən etdiyi siyasi kursun nəticəsidir.
   Milli Məclisin deputatı Zaur Şükürov isə vurğulayıb ki, Azərbaycanın uğurlu inkişaf modeli Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasətə əsaslanır. Məhz bu siyasətin nəticəsində ölkəmiz müxtəlif qlobal çağırış və böhranlardan uğurla çıxaraq regionun lider dövlətinə çevrilib.
   Tədbirdə Yeni Azərbaycan Partiyasının fəaliyyətində fəal iştirak edən təşkilat və müəssisələrə, yubileyləri qeyd olunan partiya veteranlarına, rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyət göstərən şəxslərə fəxri fərman və xüsusi mükafatlar təqdim olunub. Həmçinin partiyaya yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri verilib.
   Bununla yanaşı, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Qaradağ rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayonu sektoru, Qaradağ Gənclər Evi və “Kainat” Tədris Mərkəzinin birgə təşkil etdiyi idman və intellektual yarışların qalibləri kubok, medal, diplom və sertifikatlarla təltif olunublar.
   Tədbir Azərbaycan Respublikasının Əməkdar artisti, Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru, Sənət Akademiyasının rəhbəri Aybəniz Haşımovanın rəhbərlik etdiyi yaradıcı kollektivin təqdim etdiyi zəngin bədii proqramla başa çatıb.

Keçidlər