Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Velosiped yarışı keçirilib

06 may 2024 | 15:32

Mayın 6-da Qaradağ rayonu Lökbatan qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı, və Respublika Olimpiya Velosiped Məktəbinin birgə təşkilatçılığı velosiped yarışı keçirilib. Qaradağ rayonunda yerləşən bütün ümumtəhsil müəssisələrini əhatə edən yarışda 120 nəfərədək yuxarı sinif şagirdi iştirak edib.

Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Respublika Olimpiya Velosiped Məktəbinin direktor müavini Gülnarə Malikova bildirdilər ki, müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönü hazırda ölkəmizin hər yerində, o cümlədən Bakının Qaradağ rayonunda geniş qeyd edilir. Bu gün keçirilən velosiped yarışı Ulu Öndər Heydər Əliyevin gənclərə sağlam həyat tərzi ilə bağlı etdiyi tövsiyələrinin tərkib hissəsidir. Eyni zamanda Ulu Öndərlə əlaqədar gənclərin iştirakı ilə keçirilən tədbirlər gənclərdə vətənpərvərlik hisslərini artırmaq, onları dövlətçilik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə etməkdir. Velosiped yarışı gənclər arasında fiziki aktivliyin yüksəldilməsinə də xidmət edir.

Natiqlər yarışda iştirak edənlərə qalibiyyət və uğurlar arzuladılar. Hakimlər yarışın qaydaları barədə iştirakçıları təlimatlandırdıqdan sonra yarışa start verildi. Yarış Lökbatan qəsəbəsində müəyyən olunmuş marşrut üzrə həyata keçirildi.

Yarışın yekununda qaliblərə Qaradağ rayon Heydər Əliyev Mərkəzində mükafatlar təqdim olundu. Yarışda iştirak edən məktəb komandaları arasında 139 nömrəli məktəb birinci yeri, 14 nömrəli Bakı Peşə Məktəbi ikinci yeri, 166 nömrəli məktəb-lisey isə üçüncü yeri tutdular.

         Yarışın təşkilinə göstərilən dəstəyə görə hakimlər komandasına da diplomlar təqdim olundu.

 

Keçidlər