Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda sərnişindaşıma nəqliyyatında qiymət artımı ilə bağlı monitorinq keçirilmişdir

14 fevral 2023 | 17:54

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Puta qəsəbəsində vətəndaşlarla keçirdiyi səyyar qəbul zamanı qəsəbə sakinləri tərəfindən 126 saylı marşrut avtobuslarında süni qiymət artırma hallarının olması barədə müraciətlər olmuşdur.
   Müraciətlər əsasında Rayon İcra Hakimiyyəti Bakı Nəqliyyat Agentliyinin əmıkdaşları ilə birlikdə 126 saylı marşrut avtobuslarında monitorinq keçirmiş və gediş haqlarının süni artırılması hallarına rast gəlinmişdir.
   Keçirilən monitorinq zamanı avtobuslarda vurulmuş süni qiymətlər götürülmüş, qanunamüvafiq qaydada yeni tərtib olunmuş qiymət cədvəlləri avtobuslarda yerləşdirilmiş və daşıyıcı şirkət buraxdığı nöqsanlara görə Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələnmişdir.
   Belə halların qarşısının alınması məqsədi ilə monitorinqlərin keçirilməsi davam etdiriləcəkdir.

Keçidlər