Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

27 sentyabr 2026 | 12:35

   27 Sentyabr – Anım Günü münasibətilə ölkəmizin hər yerində olduğu kimi, Qaradağ rayonunda da Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
   Anım Günü ilə əlaqədar rayonun müxtəlif ərazilərində saat 12:00-da bir dəqiqəlik sükut elan olunub. Vətəndaşlar həyatlarını Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda fəda edən şəhidlərimizin xatirəsini dərin ehtiram və minnətdarlıq hissi ilə yad ediblər.
   Bir dəqiqəlik sükut şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacağının, onların göstərdiyi misilsiz qəhrəmanlığın daim ehtiramla anılacağının ifadəsi olub.
   Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər