Qaradağ rayonunda “Şəhidlər” abidə kompleksinin önünə əklilqoyma mərasimi keçirildi.
27 Sentyabr – Anım Günü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Şura üzvləri, şəhid ailələri və qazilər, rayon icra hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri Qaradağ rayonu Lökbatan qəsəbəsindəki “Şəhidlər” abidə kompleksini ziyarət edərək abidə önünə əklil və çələnglər qoyaraq şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Onlar övladlarının qəhrəmanlığı ilə qazanılan Zəfərdə pay sahibi olduqlarını qeyd edərək bununla fəxr etdiklərini vurğulayıblar.
Vətən yolunda canından keçən şəhidlərimiz daim qəlbimizdə yaşayacaq, onların qanları ilə azad etdikləri torpaqlar isə göz bəbəyi kimi qorunacaqdır. Şəhidlərimizlə qürur duyur, ruhlarına Allahdan rəhmət, ailələrinə səbir diləyirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






