Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda “Sağlam qidalanma” mövzusunda təlim keçirilib

23 sentyabr 2026 | 14:06

   23 sentyabr 2026-cı il tarixində Qaradağ rayonundakı 184 nömrəli tam orta məktəbdə “Sağlam qidalanma” mövzusunda təlim keçirilib.
   Tədbirdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayon sektoru müdiri Elçin Abbasov, Qaradağ Rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhtçisi Rövşən Pənahlı, məktəbin direktoru Müşfiq Məmmədov, 1 saylı Şəhər Poliklinikasının həkimi Ayna Bağırova, tibb bacısı Jalə Hilalova, müəllim və şagirdlər iştirak ediblər.
   Təlim zamanı iştirakçılara sağlam və balanslaşdırılmış qidalanmanın əsas prinsipləri, gündəlik qida rasionunun düzgün qurulması, vitamin və mineral maddələrlə zəngin qidaların qəbulunun əhəmiyyəti barədə ətraflı məlumat verilib. Həmçinin fast-food, həddindən artıq şəkərli və qazlı içkilərdən istifadənin məhdudlaşdırılması, kifayət qədər su qəbulunun və düzgün qidalanma rejiminə əməl olunmasının vacibliyi vurğulanıb.
   Təlimdə şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb, onların sağlam qidalanma ilə bağlı fikirləri dinlənilib və gündəlik həyatda tətbiq edə biləcəkləri faydalı tövsiyələr verilib.

Keçidlər