Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda quruculuq abadlıq işləri davam etdirilir

23 dekabr 2023 | 14:11

   Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının şəhər və rayonlarında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş müxtəlifyönümlü tədbirlər həyata keçirilməsi davam etdirilir.
   Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində, o cümlədən Qaradağ rayonunda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir. 
   Qaradağ rayonunda da rayon İcra Hakimiyyəti başçısının imzaladığı Tədbirlər Planına əsasən bu istiqamətdə müxtəlif tədbirlərin keçirilməsi davam edir. 
   23 dekabr 2023-cü il tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı Qaradağ rayonunda ağacəkmə aksiyası keçirilmişdir
  Daha sonra Lökbatan qəsəbəsinin Alim Şəbiyev küçəsində 11, 13 15 17  binalarının və Bilal Niftəliyev küçəsində 1 və 1a binlarının həyətində  növbəti abad məhəllələrin açılışı baş tutmuşdur.
   Ümumi olaraq ağacəkmə aksiyasında və abad məhəllələrdə 500-dən çox ağac əkilmişdir
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin bütün bölgələrində olduğu kimi, Qaradağ rayonunun bütün qəsəbələrində geniş abadlıq-quruculuq işləri aparılır, qəsəbədaxili yollara asfalt örtüyü salınır, yolların kənarlarında küçə işıqları quraşdırılır.

   Qeyd edək ki, bu istiqamətdə işlər davam etdiriləcəkdir.

Keçidlər