Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda “Qəhrəmanlıq tariximiz” mövzusunda dəyirmi masa keçirilib

25 sentyabr 2026 | 15:05
   Sentyabrın 25-də 27 Sentyabr – Anım Günü ilə əlaqədar YAP Qaradağ rayon Təşkilatı və Qaradağ rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Qəhrəmanlıq tariximiz” mövzusunda dəyirmi masa keçirilib.
   Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Qaradağ Rayon İcra Hakimiyyətinin sektor müdiri Şamama Ağamuradova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qaradağ rayon şöbəsinin sədri Məqsud Heydərov, “Qarabağ Qaziləri” İctimai Birliyinin Qaradağ rayon filialının sədri Əvəz İsmayılov, Qaradağ rayonu Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, şəhid Səməndər İsmayılzadənin anası Fəridə İsmayılova, şəhid Məzdək Eyvazlının anası Gülnarə Eyvazova, qazilər, N saylı Dövlət Sərhəd Xidmətinin zabit heyəti, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.
   Tədbir iştirakçıları əvvəlcə Qaradağ rayonu 7 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin Anım Gününə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilib.
   Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Qaradağ Rayon İcra Hakimiyyətinin sektor müdiri Şamama Ağamuradova, Qarabağ Müharibəsi Əlilləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin Qaradağ rayon şöbəsinin sədri Məqsud Heydərov, “Qarabağ Qaziləri” İctimai Birliyinin Qaradağ rayon filialının sədri Əvəz İsmayılov, Qaradağ rayonu Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov və şəhid anası Fəridə İsmayılova çıxış edərək şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
   Çıxışlarda Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəylik və milli birlikdən, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun göstərdiyi misilsiz qəhrəmanlıq və şücaətdən söz açılıb. Bildirilib ki, şəhidlərimizin Vətən uğrunda göstərdiyi fədakarlıq və qəhrəmanlıq xalqımızın yaddaşında əbədi yaşayacaq, onların əziz xatirəsi daim böyük ehtiramla anılacaq.
   Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi milli birlik və həmrəylik, Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və şücaət, şəhidlərimizin Vətən qarşısındakı əvəzsiz xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək. Çıxışlarda şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla yad ediləcəyi, onların qəhrəmanlığının gələcək nəsillər üçün Vətənə sədaqət və milli qürur nümunəsi olduğu qeyd edilib.
Keçidlər