Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda qanunsuz tikililər sökülmüşdür

16 fevral 2023 | 14:56

   “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə əsasən Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilmiş monitorinq nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, Qara-dərə adlanan Qış otlaq ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ayı-ayrı şəxslər tərəfindən zəbt olunaraq qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilmişdir.
   Belə ki, keçirilmiş monitorinqlər zamanı rayonun Müşviqabad qəsəbə inzibati ərazi dairəsi, Qara-dərə adlanan Qış otlaq ərazisində torpaq sahələrinin zəbt olunması və qanunsuz tikinti işlərinin aparılması cəhdlərinin qarşısı alınmışdır. Qeyd olunan ünvanda naməlum şəxslər tərəfindən torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış) olmadan zəbt olunmuş torpaq sahələrində qanunsuz olaraq aparılan hasarlanma işlərinin, həmçinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əməl etmədən aparılmış tikinti işlərinin qarşısı Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Müşviqabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Qaradağ Rayon Polis İdarəsi, 10 saylı Polis bölməsinin əməkdaşları tərəfindən alınmış, qanunsuz tikililər sökülərək və tikinti materialı (mişar daşı) daşınaraq ərazi əvvəlki vəziyyətə gətirilmişdir. Ümumi olaraq isə fevral ayında rayon ərazisində 16 ədəd qanunsuz tikili aşkar edilərək sökülmüşdür. Hazırda qəsəbələrdə qanunsuz tikinti işləri ilə bağlı nəzarət prosesi davam etdirilir.

Keçidlər