Qaradağ rayonunda Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət olundu
Qaradağ rayon icra hakimiyyətinin tədbirlər planına əsasən Novruz Bayramı ərəfəsində bayram münasibəti ilə əlaqədar olaraq dövlətimizə və millətimizə canları və qanları bahasına əmin-amanlıq verən şəhid ailələrini ziyarət etmiş, onların bayramlarını təbrik edərək, ailələrə Bayram sovqatı təqdim etmişdir.
Bu gün 18 mart 2023-cü il tarixində Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov və icra hakimiyyətinin məsul vəzifəli şəxsləri tərəfindən Qaradağ rayonun şəhid ailələri və Vətən müharibəsi qaziləri ziyarət olunmuşdur. Görüşdə Novruz Bayramı münasibəti ilə onlara bayram sovqatı təqdim olunmuşdur.
Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə ölkə başçısı Ali Baş Komandan cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirmişlər.