Qaradağ rayonunda növbəti dəfə qanunsuz aparılan tikinti işləri dayandırılmış və müəyyən hissəsi sökülmüşdür
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində müntəzəm olaraq tikintilərə nəzarət məqsədilə monitorinqlərin aparılır.
Bu məqsədlə 04-05 avqust 2023-cü il tarixlərində Qaradağ rayonu, Müşviqabad və Ələt qəsəbələrində monitorinq aparılmış və Qara-dərə adlanan ərazidə qanunsuz aparılan tikinti işləri dayandırılmış və müəyyən hissəsi sökülmüşdür.
Belə ki, sözügedən ərazidə aparılan 1 fərdi yaşayış evinin tikintisi sökülmüş, 1 ədəd tamamlanmamış fərdi yaşayış evi, 1 qeyri-yaşayış obyekti tamamilə sökülmüşdür. Hasara alınmış 1 ədəd sahədə söküntü işləri aparılaraq torpaq sahəsi boşaldılmışdır.