Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda növbəti dəfə qanunsuz aparılan tikinti işləri dayandırılmış və müəyyən hissəsi sökülmüşdür

08 iyul 2023 | 11:23

   Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinə əsasən Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində müntəzəm olaraq tikintilərə nəzarət məqsədilə monitorinqlərin aparılır.

   Bu məqsədlə 06 - 07 iyul 2023-cü il tarixlərində Lökbatan qəsəbəsində Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları ərazidə monitorinq aparılmış və həmin ərazidə qanunsuz aparılan tikinti işləri dayandırılmış və müəyyən hissəsi sökülmüşdür.

    Belə ki, sözügedən ərazidə aparılan 3 fərdi yaşayış evinin tikintisi dayandırılmış,   5 ədəd tamamlanmamış fərdi yaşayış evi, 1 qaraj, 1 maşın sexi tamamilə sökülmüşdür. Hasara alınmış 6 ədəd sahədə söküntü işləri aparılaraq torpaq sahəsi boşaldılmışdır.  

Keçidlər