Qaradağ rayonunda növbədənkənar prezident seçkilərində aktivlik müşahidə olunur.
07 fevral 2024 | 18:03
Əhali seçki məntəqələrində fəallıq nümayiş etdirir. Qaradağ rayonunda olan 3 seçki dairəsi üzrə mövcud olan 69 məntəqə seçki komissiyaların önündə səhər tezdən seçki məntəqələrinin açıldığı vaxtdan etibarən səs vermədə əhali mütəşəkkil şəkildə iştirak edirlər.
Qeyd edək ki, məntəqələrin açılışı zamanı vətəndaşların izdihamı müşahidə olunub və bu aktivlik bu saatlaradək davam etməkdədir. Azərbaycanın növbədənkənar prezident seçkiləri tarixində ilk dəfə olaraq vətəndaşların belə aktiv iştirakçılığı müşahidə edilir.
Qaradağ rayonunda seçicilər böyük həvəslə seçkilərdə iştirak edir, şəffaf, ədalətli və demokratik şəkildə səsvermədə iştirak etməkdədirlər.
Səsvermə prosesi davam edir.