Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda məskunlaşmış Xocalıdan olan şəhid ailələri ilə görüşü olmuşdur

24 fevral 2024 | 12:34

   24 fevral 2024-cü il tarixində Qaradağ Rayon İcra hakimiyyətinin inzibati binasında rayon rəhbərliyinin Qaradağ rayonunda məskunlaşmış Xocalıdan olan şəhid ailələri ilə görüşü olmuşdur.
   Tədbirdən öncə Vətən uğrunda canından keçmiş Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilmişdir
   Görüşü Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Nadir Muradov giriş nitqi ilə açaraq qeyd etdi ki, 1988-ci ildən başlamış Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisələrdən, dəhşətli və qəddar faciələrdən biri Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Onların məqsədi Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin xocalılar qəhrəmanlıq göstərmiş, erməni-sovet hərbi birləşmələrinə qarşı igidliklə vuruşmuş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.
   Yalnız Heydər Əliyevin sayəsində Xocalı faciəsi əsl siyasi-hüquqi qiymətini aldı. Soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü.
Prezidentimiz bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna işlər görmüşdür. “Xocalıya ədalət!” şüarı altında haqq səsimizi dünyaya çatdırmaq istiqamətində xüsusi tapşırıqlar vermişdir.
   2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan qələbə və və 2023-cü ilin sentyabr ayında antiterror əməliyyatı ilə suverenliyin tam bərpası onu deməyə əsas verir ki, xocalıların və bütün şəhidlərin qanı yerdə qalmadı, onların qisası alındı və demək olar ki, artıq    Qarabağa dönüş başlanılmışdır.
   Tədbirdə bir neçə şəhid ailəsi çıxış edərək onlara göstərilən diqqət, qayğıya və yaradılan şəraitə görə ölkə rəhbəri, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər