Qaradağ rayonunda məşğulluğa kömək göstərən “Əlaqələndirmə Komitəsi”nin növbəti iclası keçirilib
Qaradağ rayonunda məşğulluğa kömək göstərən “Əlaqələndirmə Komitəsi”nin növbəti iclası keçirilib
Növbəti görüş 25 oktyabr 2024-cü ildə Qaradağ Rayon İcra Hakimiyyətinin İnzibati binasında
gerçəkləşib. İclasda Əlaqələndirmə komitəsinin sədri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının
birinci müavini Emil Abbasov, Bakı Regional Məşğulluq filialının əməkdaşları və komitənin digər
üzvləri iştirak etmişlər.
Görüşdə qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində qanunvericilikdə
nəzərdə tutulan imkanlar və sanksiyalar ətrafında müzakirələr aparılıb. Toplantıda işsizliyin
azaldılması məqsədilə işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə, qısa
müddətdə əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında peşə
hazırlığının əhəmiyyətindən danışılıb.
Eyni zamanda, görüşdə təşkilat və müəssisə rəhbərləri ilə "Məşğulluq Strategiyasının həyata
keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə "Əlilliyi olan şəxslərin, xüsusilə gənclərin sosial
reabilitasiyası işinin gücləndirilməsi məqsədilə regionlarda əlilliyi olan şəxslər üçün peşə-əmək
reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi" ilə bağlı müzakirələr aparılıb. Bununla
yanaşı, Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin aktiv
məşğulluq tədbirlərinə cəlb edilməsi işinin gücləndirilməsi mövzusu ətrafında da maarifləndirici
söhbətlər aparılıb.
Qeyd edək ki, bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirləri mütəmadi olaraq
davam etdiriləcək.