Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda ictimai-iaşə obyeklərində monitorinqlərə başlanılıb

13 aprel 2022 | 09:53

Bakı şəhərinin Səbail rayonunda yerləşə “Location” gecə klubunda 03 aprel 2002-ci il tarixində baş vermiş partlayış hadisəsi ilə əlaqədar ölkə rəhbərliyinin verdiyi tapşırıqların icrasının təmin edilməsi məqsədi ilə xüsusi komissiya yaradılmışdır.

 12 aprel 2022-ci il tarixindən Fövqalladə Hallar Nazirliyinin, Qaradağ Rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin məsul nümayəndələrindən ibarət yaradılan xüsusi qruplar Qaradağ rayonun ictimai-iaşə obyektlərində monitorinqlərə başlayıblar.

Monitorinqlərin məqsədi bu obyektlərdə real vəziyyətin yerində öyrənilməsi, gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması və burada çalışan işçilərinin maarifləndirilməsidir.

İlk növbədə mütəxəssislər tərəfindən obyektlərin mətbəx və digər sahələrinə baxışlar keçirilib, orada olan qaz balonları və digər qızdırıcıların, elektrik təsərrüfatının, havalandırma və digər sistemlərin vəziyyəti araşdırılıb.

Zirzəmi və yaşayış binasının birinci mərtəbəsində yerləşən bəzi obyektlərdə qaz balonlarından istifadə edilməsi, həmçinin bura rezin və digər materiallardan hazırlanan şlanqlar vasitəsi ilə çəkilən qaz xətləri aşkar edildi və bu nöqsanlar obyekt rəhbərliyinin nəzərinə çatdırıldı.

Keçidlər