Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsi keçirildi

07 aprel 2025 | 11:24

 7 aprel 2025-ci il tarixində "Konstitusiya və Suverenlik İli" çərçivəsində Qaradağ rayonu, Sahil qəsəbəsindəki Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ərəfəsində Bakı Şəhər İcra Hakimiyyətinin layihəsi olan “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda rayon məktəblilərinin iştirakı ilə referat yazı müsabiqəsinin rayon mərhələsinə yekun vuruldu.

 Müsabiqədə Qaradağ rayonu üzrə 26 məktəbli, onların elmi rəhbərləri, Qaradag Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar və dini məsələlər şöbəsinin baş məsləhətçisi Mirtural Mirsultanov, böyük məsləhətçisi Sima Allahverdiyeva və məktəbin direktoru Səkinə Rzayeva iştirak edirdilər.

 Məktəblilərin təqdim etdikləri mövzular dinlənildi və referat işləri araşdırılıb seçilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə göndərildi.

Keçidlər