Şriftin ölçüsü :

Saytın rəngi :

QARADAĞ RAYONUNDA "HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DÖVLƏTİNİN GƏNCLƏR SİYASƏTİ" mövzusunda dəyirmi masa keçrildi.

03 fevral 2023 | 11:02
   03.02.2023-cü ildə Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki  Heydər Əliyev Mərkəzində YAP Qaradağ rayon təşkilatı  tərəfindən   dəyirmi masa keçirildi. Bir qrup YAP fəalları fəxri fərmanla təltif olundu. 
   Dəyirmi masada iştirak edən Qaradağ rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Hümanitar Məsələlər Şöbəsinin müdiri, məşhur 91-lərdən biri olan Munis Bayramov öz çıxışına Ümummilli lider Heydər Əliyevin bu fikri ilə başlayıb:
   "Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir."
   Daha sonra Munis Bayramov qeyd edib ki, gəncliyin sağlam ruhlu, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması Azərbaycan dövləti üçün həmişə  dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olub. 
   Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətinin həm birinci, həm də ikinci dönəmində  gənclərin roluna həmişə xüsusi fikir verib, müxtəlif dövlət qurumlarında, mədəni, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakına şərait yaradıb, xüsusilə də  gənclərin xaricdə təhsilinə və tələbə-inşaat dəstələrinin Rusiya və digər respublikalara göndərilməsi məsələsinə önəm verib.
   Dəyirmi masada çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva  ulu öndərin  1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqlarının, gənclik mərkəzlərinın, hərbi məktəblərin açılmasını, minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alması üçün göndərilməsini və müasir ixtisaslara yiyələnməsini xatırladıb. O qeyd edib ki,  Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində o zamanlar Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində, bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılmışdır. Azərbaycan gənclərinin l forumunda bu barədə danışan ölkə rəhbəri demişdir: "Bütün bunların hamısı o vaxtlar Azərbaycanın gələcəyi üçün yeni-yeni mütəxəssislər hazırlamaq məqsədi daşımışdır. Bu işə biz hələ 70-ci ildən başlamışdıq. Mən bu gün çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu, şəxsən mənim təşəbbüsümlə olmuşdur. Mən hələ o vaxtdan ölkəmizin gələcəyini düşünürdüm. Bu həmin illərin ən böyük nailiyyətlərindən idi". Dəyirmi Masada çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev  dövlət gənclər siyasətinin Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərindən başlayaraq həmişə aparıcı istiqamətlərdən biri olduğunu, onun yenidən hakimiyyətə gəlməsindən sonra ilk görüşünün məhz gənclərlə keçirdiyini, 22 sentyabr 1993-cü ildə Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə görüşündəki çıxışında onlara dərin inam bəslədiyini, orada "Müasir Azərbaycanın  gələcəyi bütövlükdə bugünkü sağlam düşüncəli gənclərin əlində olacaqdır" -sözlərini xatırladıb. Daha sonra Qafar Əliyev 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin diqqət yetirdiyi mühüm istiqamətlərdən birinin  də məhz gənclərlə iş olduğunu, həyata keçirilən gənclər siyasətinin başlıca məqsədinin milli dəyərlərə söykənən, vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsi təşkil etdiyini bildirib. Natiq 1994-cü il 26 iyul tarixində Gənclər və İdman Nazirliyinin yaradılması barədə fərman imzalanmasını, 1996-cı ilin 2 fevralında Azərbaycan Gənclərinin Birinci Formunun  keçirilməsini,  1997-ci il 2 fevral tarixində imzalanmış fərmana əsasən həmin tarixi günün  "Azərbaycan gəncləri günü" elan edilməsini gəncliyə göstərilən dövlət qayğısı, onlarla bağlı qəbul edilən qərarları isə  gənc nəslin xoşbəxt gələcəyinə hesablanan addımlar olduğunu qeyd edib.
   Tədbirdə çıxış edən Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 6 saylı Uşaq Sommatik Sanotoriyasının tərbiyəçisi Türkanə Əliyeva öz çıxışında qeyd edib ki,  Ümummilli liderimiz Heydər Əliyevin gənclər siyasəti onun layiqli davamçısı, dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Hələ 1997-ci ildə MOK-un prezidenti seçilən cənab İlham Əliyev Azərbaycanı dünya idman arenasında tanıtmaq məqsədilə ölkədə olimpiya hərəkatının genişlənməsinə xidmət edən siyasətin əsasını qoydu. Qısa müddət ərzində regionlarda 26 olimpiya idman kompleksinin tikilərək istifadəyə verilməsi bu siyasətin uğrundan xəbər verir.
   Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi Amil Şamilzadə çıxış edərək dövlət başçısının 2007-ci ili gənclər ili elan etməsini çox mühüm tarixi hadisə kimi yada salıb. O  "bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutur və   möhtərəm prezidentimiz İlham Əliyevin   xarici  və daxili siyasətini birmənalı dəstəkləyir".-deyərək fikrini tamamlayıb.
Keçidlər