Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda “Heydər Əliyev – tarix yazan dahi” mövzusunda dəyirmi masa keçirilib

08 may 2024 | 15:20

   2024-cü il mayın 8-də Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev – tarix yazan lider” mövzusunda dəyirmi masa keçirilib.
   Əvvəlcə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. 
   Sonra Ümummili Lider Heydər Əliyevin zəngin həyatından və dövlətçilik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. 
  Tədbiri açan Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ölkəmizin hər yerində, o cümlədən Qaradağ rayonunda çoxsaylı tədbirlərin təşkil edildiyini bildirib. O qeyd edib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həm keçmiş sovet dönəmində, həm də müstəqillik illərində ölkəmizin iqtisadi yüksəlişinə, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrin inkişafına nail olub. Xüsusilə ölkəmizin müstəqilliyin bərpasından sonra ilk illərdə ağır vəziyyətə düşdüyünü, ermənilərin ərazilərimizi işğal etdiyini xatırladan Ç.Əliyeva məhz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ictimai-siyasi sabitliyin bərpa edildiyini, cəbhədə atəşkəsə nail olunduğunu, iqtisadi yüksəlişin təməlini təşkil edən “Əsrin müqaviləsi”nin imzalandığını deyib. O bildirib ki, Ulu Öndərin işləyib hazırladığı inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan görünməmiş uğurlara imza atıb. 
   Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin bansi və xilaskarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı tariximizə qızıl hərflərlə yazılıb və hər bir vətəndaş bu dahi şəxsiyyətin nəsillərə nümunə olan həyatını və zəngin dövlətçilik fəaliyyətini dərindən öyrənməlidir. Ulu Öndər Heydər Əliyevin irsi geniş təbliğ edilməli, hamı bu dahi şəxsiyyət kimi Vətənini sevməli, dövlətçilik ənənələrinə və milli-mənəvi dəyərlərə hörmətlə yanaşmalıdır. Çoxəsrlik Azərbaycan tarixinin son 55 illik dövrünün Ümummilli Lİderin adı ilə bağlı olduğunu vurğulayan YAP rayon təşkilatının sədri tədbir iştirakçılarına “Heydər Əliyev həm Azərbaycan, həm də dünya siyasəti üçün kimdir” sualını cavabını izah edib. O qeyd edib ki, zəngin dövlətçilik təcrübəsinə, tükənməz enerjiyə sahib olan Heydər Əliyev dünyanın ən qüdrətli dövlətlərindən biri olan Sovet İttifaqını idarə edən Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, Nazirlər Kabineti sədrinin birinci müavini olub. Məhz bu dahi şəxsiyyətin gərgin əməyi nəticəsində Azərbaycanın adı İttifaq miqyasını aşaraq bütün dünyada tanınıb.
   Qafar Əliyev bildirib ki, bu dahi şəxsiyyətin gərgin əməyi, yuxusuz gecələri sayəsində ölkəmizdə ictimai-siyasi sabitlik bərpa edilib, iqtisadi inkişafın, qalib ordumuzun qüdrətli döyüş qabiliyyətinin əsası qoyulub. Eyni zamanda, müstəqillik illərində Azərbaycanı qələbədən qələbəyə aparan Yeni Azərbaycan Partiyası yaradılıb. Heydər Əliyevi, həmçinin islahatçı lider kimi xarakterizə edən YAP rayon təşkilatının sədri məhz Ulu Öndərin səyləri nəticəsində hüquqi, demokratik və dünyəvi dövlətin qurulduğunu, vətəndaş həmrəyliyinin yaradıldığını qeyd edib. O vurğulayıb ki, məhz Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi-iqtisadi inkişaf strategiyasının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan yalnız regionun deyil, dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. 
   Tədbirdə çıxış edən Qaradağ rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Səmayə Şıxəliyeva Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması istiqamətində göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. O bildirib ki, ötən əsrin 70-80-ci illərində Azərbaycan dünyada tanınıb. Müstəqilliyin bərpasından sonra da ölkəmizin əldə etdiyi uğurların əsasında Umummilli Lider Hyeydər Əliyevin misilsiz xidmətlərinin durduğunu vurğulayan S.Şıxəliyeva bildirib ki, bunun səbəbini Ulu Öndərin qəlbində yer tutmuş böyük Vətən sevgisində axtarmaq lazımdır. Məhz bu sevgi Heydər Əliyevin Vətənə, xalqa xidmət nümunəsi yaratmasına təkan verib.
   Tədbirə yekun vuran Heydər Əliyev Mərkəzinin direktoru Ç.Əliyeva Ulu Öndərin əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını deyib, iştirakçılara minnətdarlığını bildirib. 
    Sonda Ümummili Lider Heydər Əliyevin büstü qarşısında xatirə fotosu çəkdirilib.

 

Keçidlər