Qaradağ rayonunda fəaliyyət göstərən gənc sahibkarlarla və startapçılarla görüş keçirilmişdir
23 dekabr 2022-ci il tarixində Qaradağ Gənvlər evində Gənc sahibkarların və startapçıların inkişafı, onların bilik və bacarıqlarının formalaşdırılması məqsədilə tədbir keçirilmişdir.
Tədbirdə Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Ş.Həsənalıyev, şöbənin baş məsləhətçisi S.Ağayev, aparıcı məsləhətçi F.Məmmədov, RİH aparatının informasiya təminatı və təhlil sektorunun müdiri Ş. Ağamuradova, Qaradağ Gənclər Evinin əməkdaşları, Sahibkarlığın İnkişaf Fondundan aparıcı mütəxəssis Qəzənfər Səfərxanlı, KOBİA-dan Xəlil Xəlilov, gənc sahibkaralar və startapçılar iştirak edirdilər.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 yanvar 2019-ci il tarixli, 500 № Fərmani ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.36 bəndinə əsasən Gənclərin və qadınların regional inkişafda rolunun artırılması məqsədi ilə gənc sahibkarların və startapçıların inkişafı, onların bilik və bacarıqlarının formalaşdırılması ilə bağlı suallar geniş müzakirə olundu, gənc sahibkarları narahat edən məsələlərdən danışıldı.
Qeyd edək ki, bu görüşlər davam etdiriləcəkdir.