Qaradağ rayonunda da şəhidlərimizin əziz xatirəsi yad edilib.
Bu gün – 20 Yanvar Hüzn Günü münasibətilə bütün ölkədə olduğu kimi Qaradağ rayonunda da şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayonun müxtəlif ərazilərində həyat bir anlıq dayanıb, vətəndaşlar Vətən uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın ruhunu ehtiramla yad ediblər. Sükut anı şəhidlərimizin xalqımızın yaddaşında daim yaşayacağının, onların qəhrəmanlığının heç vaxt unudulmayacağının bariz nümunəsi olub.
20 yanvar 2026-cı il tarixdə 20 Yanvar Hüzn Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı aparatının bütün əməkdaşları, şəhid ailələri, qazilər və rayonun ictimai fəalları Şəhidlər xiyabanını ziyarət etdilər.
Şəhidlərin əziz xatirəsi anılaraq, onların məzarlarına gül dəstələri qoyuldu.
Daha sonra şəhid ailə üzvləri xatirə şəkli çəkdirdilər.
Qeyd edək ki, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir, onların ailələrinə diqqət və qayğı göstərilir. Qaradağ rayonunda şəhidlərin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






