Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda da şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

27 sentyabr 2025 | 12:38

Bu gün – 27 Sentyabr Anım Günü münasibətilə bütün ölkədə olduğu kimi Qaradağ rayonunda da şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayonun müxtəlif ərazilərində həyat bir anlıq dayanıb, vətəndaşlar Vətən uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın ruhunu ehtiramla yad ediblər. Sükut anı şəhidlərimizin xalqımızın yaddaşında daim yaşayacağının, onların qəhrəmanlığının heç vaxt unudulmayacağının bariz nümunəsi olub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər