Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda anım mərasimi keçirilmişdir

30 oktyabr 2024 | 12:53

30 oktyabr 2024-cü il tarixdə, Lökbatan qəsəbəsində, 20.09.1992-ci il tarixdə itkin düşmüş 20.09.2024-cü il tarixdə qalıqları tapılaraq dəfn olunmuş şəhid Rüstəmov Tərlan Kamal oğlunun 40 mərasimi və Vətən Müharibəsi şəhidi İsmayılzadə Səməndər Vahid oğlunun il dönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Şəhidlərin anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Qaradağ rayon icra hakimiyyətinin məsul işçiləri, Millət vəkili Səbinə Xasayeva, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, şəhidin ailə üzvləri, yaxınıları, qazilər və ictimaiyyətin nümayəndələri şəhidin qəbrini ziyarət etmiş, ruhuna dualar oxunmuş, daha sonra şəhid ailəsi ilə görüşmüş və ehsan süfrəsində iştirak edərək ailə üzvlərinə başsağlığı vermişdir.

Şəhid ailələrinin üzvləri şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.

 Vətən yolunda canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq və onların qanlarıyla azad etdikləri torpaqlarımızı göz bəbəyi kimi qoruyacağıq. Şəhidlərimizlə qürur duyur onlara Allahdan rəhmət, ailələrinə səbir diləyirik.

 

Keçidlər