Qaradağ rayonunda anım mərasimi keçirilmişdir
01 oktyabr 2024-cü il tarixdə Lökbatan qəsəbəsində, Vətən Müharibəsi şəhidləri Məmmədov Pərviz Ələddin oğlu və Məmmədov Ramal Məhəmməd oğlunun il dönümü ilə əlaqədar anım mərasimləri keçirilib.
Şəhidlərin anım mərasimlərində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şəhidlərin qəbrini ziyarət etmiş, ruhuna dualar oxunmuş, daha sonra şəhid ailələri ilə görüşmüş və ehsan süfrələrində iştirak edərək ailə üzvlərinə başsağlığı vermişdir.
Şəhid ailələrinin üzvləri şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.
Vətən yolunda canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq və onların qanlarıyla azad etdikləri torpaqlarımızı göz bəbəyi kimi qoruyacağıq. Şəhidlərimizlə qürur duyur onlara Allahdan rəhmət, ailələrinə səbir diləyirik.