Qaradağ rayonunda “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib
04 noyabr 2026-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qaradağ Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Qaradağ rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev, təhsil işçiləri və müharibə veteranları iştirak ediblər.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, xalqımızın birliyindən və şəhidlərimizin qəhrəmanlığından bəhs edib.
Rəsmi çıxışlardan sonra tədbir bədii-əyləncəli proqramla davam edib. İştirakçılara təqdim olunan musiqi nömrələri, rəqs qrupunun çıxışları və “Sarı gəlin” rəqs kompozisiyası tədbirə xüsusi rəng qatıb.






