Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda 8 noyabr “Zəfər Günü”nə həsr olunmuş bayram tədbiri keçirildi

07 noyabr 2023 | 20:43

   Xalqımızın tarixində çox əlamətdar olan “8 noyabr Zəfər Günü” münasibəti ilə 07 noyabr 2023-cü il tarixində Lökbatan qəsəbəsi Əli Əmirov adına Mədəniyyət Sarayında “Zəfər günün mübarək Azərbaycan” adlı bayram tədbiri keçirildi.

   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Şura üzvləri, şəhid ailələri və qazilər, rayon icra hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və qəsəbə sakinləri iştirak edirdilər.

   Tədbir Azərbaycan dövlət himni ilə başladı.

   Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

   Xalqımızın Zəfər Səlnaməsinə həsr edilmiş film nümayiş edildi.

   Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov çıxış etdi. Qeyd olundu ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan  İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

   Konsertdə Azərbaycan Respublikasının Xalq artisti İlqar Muradov, Əməkdar artist Almaz Orucova, əməkdar mədəniyyət işçisi Aşıq Əli, rayon ərazisində yerləşən Lökbatan Mədəniyyət Sarayının solisti və rəqqasları, 5 nömrəli Uşaq İncəsənət Musiqi məktəbinin, Müşfiqabad Mədəniyyət Evinin, 28 nömrəli musiqi məktəbinin və 9 nömrəli musiqi məktəbinin şagirdləri vətənpərvərlik mövzusunda mahnılar oxudular.    
   Konsert proqramı atəşfəşanlıqla yekunlaşdı.

 

Keçidlər