Qaradağ rayonunda 8 noyabr – Zəfər günü münasibəti ilə ağacəkmə aksiyası
05 noyabr 2022 | 11:09
05 noyabr 2022-ci il tarixində Qaradağ rayonunda 8 noyabr – Zəfər günü münasibəti ilə Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qaradağ rayonu, Sahil qəsəbəsindən keçən Bakı-Ələt (Qazax) avtomobil magistral yolunun sağ və sol hissəsində ağacəkmə aksiyası keçirilmişdir.
Keçirilmiş ağacəkmə aksiyasında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, Hüquq Mühafizə orqanları, rayon əhalisi iştirak etmişdir.
İctimaiyyət nümayəndələri ümumilikdə 1200 ədəddən çox müxtəlif növ ağac əkmişlər.