Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda “31 Mart Azərbaycanlıların Soyqırımı abidə-kompleksi”nin önündə anım tədbiri keçirildi.

31 mart 2026 | 13:30

   31 mart 2026-cı il tarixində Azərbaycanlıların soyqırımının 108-ci ildönümü münasibətilə Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən “31 Mart Azərbaycanlıların Soyqırımı abidə-kompleksi”nin önündə anım tədbiri keçirildi.

   Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini icra edən, başçının birinci müavini Emil Abbasov, rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak etdilər.

   Tədbir zamanı erməni radikal qruplaşmaları tərəfindən qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsi ehtiramla yad edildi, abidə önünə gül dəstələri və əklillər qoyuldu.

   Mərasimdə iştirak edən digər idarə və təşkilat rəhbərləri, hərbçilər, məktəblilər və digər ictimaiyyət nümayəndələri soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla anaraq abidə önünə gül dəstələri qoydular.

 

Keçidlər