Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağ rayonunda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilmişdir

30 dekabr 2023 | 13:58

30 dekabr 2023-cü il tarixində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Qaradağ şadlıq sarayında bayram tədbiri keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Şəhid ailələri, qazilər, yüksək nəaliyyətlər əldə etmiş idmançılar, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və rayonun ictimai-siyasi həyatında fəallıq göstərənlər iştirak etmişlər.

Tədbirdən öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükuta yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tədbirdə iştirak edənləri və onların simasında Qaradağ rayonunun bütün sakinlərini 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə səmimi qəlbdən təbrik etdi. Bir neçə gündən sonra vidalaşacağımız 2023-cü ilin ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatında çox mühüm hadisələrlə yaddaşlara həkk olunduğunu bildirdi. Respublikamızın bu il də, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həm beynəlxalq aləmdə, həm də ölkə səviyyəsində bir çox uğurlara imza atdığını xüsusi vurğuladı. Ölkəmizin böyük surətlə inkişaf etdiyini bildirərək, regionlarda geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Qaradağ rayonunda da yüksələn templə davam edib.
Rayonumuzda açılan yeni sənaye müəssisələri, yenidən qurulan yollar, qəsəbələrin  abadlaşdırılması hər bir sakinimizin rahat yaşaması üçün görülən işlərdir.

Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tərəfindən rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən 50 nəfərə fəxri fərman və dəyərli hədiyyələr təqdim edilmişdir

Keçidlər